Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Konfrans Liqası matçlarına ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, Belarusun “Dinamo Minsk” klubu Konfrans Liqasının ev oyunlarını Azərbaycanın Sumqayıt şəhərində keçirəcək.
Belarus çempionları ölkəmizdə üç oyun keçirəcək.
Oktyabrın 3-də "Harts" (başlama saatı 19.45), noyabrın 28-də "Kopenhagen" (20.45) və dekabrın 12-də "Larne" komandaları ilə oyunlara Sumqayıt ev sahibliyi edəcək.
Qeyd edək ki, buna səbəb UEFA-nın Belarusa tətbiq etdiyi sanksiyadır. Həmin qərara əsasən, Minsk təmsilçisi Liqa mərhələsindəki ev oyunlarını öz ölkəsində keçirə bilməz.
- Kadi Borges: “Ən yaxşı oyunlarımızdan birini oynayacağıq”
- AFFA-ya məsləhət: Aqil Nəbiyevi klonlayaq!
- Azər Bağırov: “Çempionatın maraqlı hissəsi qabaqdadır”
- Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turniri start götürüb - FOTO
- "Qarabağ" üçün Juninyo məsələsi bağlandı: AĞDAM TƏMSİLÇİSİNİN GÖZÜ PORTUQALİYADA