Futbol üzrə Azərbaycan millisi sabah növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, yığmamız Millətlər Liqası çərçivəsində İsveçi qəbul edəcək.
Qarşılaşmadan öncə komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib:
- İlk dəfədir ki, idman dəstində media önünə çıxırsız. Milli ilə ilk dəfə işlədiz. Nələri gördünüz?
- Bu gün ikinci məşqimiz olacaq. Artıq biri olub. Məşqdən öncəki iclaslarda millinin zəif nöqtələrini müzakirə etmişik. Oyunçuların texniki olaraq bəzi narazılıqları var, bu barədə müzakirəmiz oldu. Oyunçular özləri də başa düşür ki, çətinliklərimiz olacaq. Amma istək görürəm.
- Əvvəlki konfranslarda daha pozitiv idiz, indi daha qayğılı görünürsüz. İlk rəsmi oyunöncəsi nə düşünürsüz?
- Mənim kefim yaxşıdır. Sadəcə sabah oyunumuz var və ona hazırlaşırıq. İsveç güclü və ciddi komandadır. Onların yeni baş məşqçisi var. İsveçin son dörd oyununu izləmişik. Nəyə görə son 4? Ondan əvvəlki oyunlar bizə maraqlı deyil. Çünki ondan qabaq başqa məşqçi idi. İsveçin müsbət və mənfi nöqtələri var. Biz onların mənfi nöqtələrinə fokuslanmışıq. Bu gün iclasda futbolçularla birlikdə İsveçin bəzi oyunlarını izləmişik. Oyunçularımıza başa salmışıq ki, hansı boşluqları var. Futbolçularımıza izah etdik ki, hücumları necə qarşılayaq və əks-hücuma necə çıxaq.
- Heyəti açıqlayarkən, mətbuat konfransında bildirdiz ki, futbolçuların fiziki hazırlığı klublarla bağlıdır. Bu da birmənalı qarşılanmadı. Sanki baş verə biləcək uğursuzluğu sığortaladığınız kimi başa düşüldü...
- Onların klubdan gəldikləri fiziki forması yaxşıdır. Heç bir problem görmürəm. Səbrli olun, hər şeyi görəcəksiz.
- Hər bir komandada lider oyunçu olur. Azərbaycan millisində kimi lider futbolçu kimi seçmisiz?
- Bizdə fərdi olaraq heç kim yoxdur, komandamız var.
- Bu mövsüm Nəriman Axundzadəni hansı oyununa görə milliyə cəlb etmisiz?
- Oyunçular haqda individual olaraq heç vaxt danışmıram.