Futbol üzrə Azərbaycan yığması sabah növbəti matçını keçirəcək.
Apasport.az xəbər verir ki, komandamız Millətlər Liqası çərçivəsində İsveçi qəbul edəcək.
Oyundan öncə skandinaviyalıların baş məşqçisi Yon Dal Tomassonun mətbuat konfransı keçirilib:
- Dörd oyun keçirmisiz. Hesabınızda üç məğlubiyyət, bir qələbə var. Nəyisə dəyişə bilmisiz?
- Doğrudur, yeni başlamışıq. Gündən-günə daha yaxşı oynayırıq. Bu nəticələrin digər səbəbləri də komandada fərqli futbolçuları sınaqdan keçirməyimizdir. Önəmli olan odur ki, düzgün istiqamətdə irəliləyirik. Sabah mütləq qalib gəlməliyik. Komandamdan istək və emosiya gözləyirəm. Həmçinin qürurla çıxış etməlidirlər. Millidə oynayırlar. Soyuqqanlı olmaq, düzgün qərarlar vermək, oyuna maksimum köklənmək lazımdır. Hazırda çalışdırdığım komanda yaxşı kollektivdir.
- Azərbaycan futbolu və millisi haqda hansı məlumata sahibsiz?
- Son period ərzində rəqibin bütün oyunlarını izləmişik. Azərbaycan evdə yaxşı çıxış edir. Avstriya və Belçika matçlarında demək olar ki, qol buraxmadılar. İsveçi 3:0 məğlub etdilər. Sabah belə nəticənin olmamasına çalışacağıq. İstəyirik ki, qalib gələk.
- Fernandu Santuşun komandaları daim ultramüdafiə olunurlar. Sabahkı oyunda iki hücumçu ilə oynayacaqsız?
- Məqsədmiz futbol oynamaqdır. Söhbət daha çox hücumameyilli futboldan gedir. Federasiya ilə danışığımızda belə olur. Komanda olaraq da eynisini istəyirik. Hücumla hər şey bitmir. Gərək düzgün balans tapaq. Sabahkı oyunda kapitan Deyan Kuluşevski olacaq.
- Məşq prosesi necə gedir?
- Bəzi oyunçular milliyə gec qoşuldular. Rəqibin və öz oyunumuzla bağlı müzakirələrimiz olub. Sabah yaxşı futbol oynayıb, düzgün yanaşmaq istəyirik. Daha yaxşı olmalıyıq.
- Sabah isti hava sizə necə təsir edəcək?
- Sabah soyuq da ola bilərdi. Havanın temperaturunu oyuna təsir edəcək faktor kimi görmürəm.