Millimizin rəqibindən qələbə
26.03.2024 - 00:36

Millətlər Liqası turnirinin C Liqasında Azərbaycan millisinin rəqiblərindən olan İsveç növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, komanda yoldaşlıq oyununda Albaniya yığması ilə qarşılaşıb.
Görüş skandinaviyalıların qələbəsi ilə nəticələnib. “Friend Arena”da keçirilən oyunun taleyini 1 qol həll edib. Qustaf Nilsson qələbə topunun müəllifi olub.
Qeyd edək ki, İsveç komandası martın 21-də yoldaşlıq oyununda Portuqaliya yığmasına 2:5 hesabı ilə uduzub.
- Nazim Sadıxov: “Rafael Fiziyevin rəqibini məğlub edəcəyinə inanıram”
- Samir Əliyev: “Düşünürdüm ki, bu futbolçular Premyer Liqada oynayacaq”
- İsveç kubokunun finalının tarixi dəyişdirildi
- Stefan Aka: “Neftçi” ilə görüşdə şanssızlıq yaşadıq” - MÜSAHİBƏ
- Rednik razıdır, "Kəpəz"dən bir tələbi var - EKSKLÜZİV
0
0