Volkanovski kəmərini qorudu, EVLOYEVİN SERİYASI QIRILDI
25.10.2026 - 01:09
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə UFC 333 turniri keçirilib.
Apasport.az xəbər verir ki, gecənin əsas döyüşündə avstraliyalı Aleksandr Volkanovski ilə rusiyalı Movsar Evloyev üz-üzə gəliblər.
Ən yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda keçirilən qarşılaşma ikinci raundda başa çatıb. Volkanovski rəqibini nokautla məğlub edərək titulunu qoruyub.
Bununla da 38 yaşlı avstraliyalı döyüşçü peşəkar MMA karyerasında 29-cu qələbəsini qazanıb.
Qeyd edək ki, qarşılaşmaya qədər keçirdiyi 20 döyüşün hamısında qalib gələn Evloyev karyerasında ilk məğlubiyyətini alıb.
- "Qarabağ"ın futbolçusu qayıtdı: ÇL-də iştirak edəcək
- Adil Şükürov: “Fikrimcə, Azərbaycan millisi birincilik uğrunda gərgin mübarizəyə qoşula biləcək”
- Azərbaycan çempionatında güləşçi final görüşünə Rusiya bayrağı olan triko ilə çıxıb
- Samir Abasov: “Referinin düzgün qərar verdiyinə inanıram”
- HƏFTƏNİN RƏMZİ HEYƏTİ
0
0