Millilərimizdən növbəti qələbələr
14.09.2024 - 23:31
Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında davam edir.
Apasport.az xəbər verir ki, bu gün 4-cü tur başa çatıb.
Kişi şahmatçılardan ibarət Azərbaycan yığması IV turda Monteneqronu məğlub edib - 3:1. Aydın Süleymanlıyla Şəhriyar Məmmədyarov qalib gəlibsə, Nicat Abasov və Rauf Məmmədov heç-heçəyə razılaşıb.
Qadın şahmatçılardan ibarət millimiz isə Sloveniyadan güclü olub - 3:1. Günay Məmmədzaylə Gövhər Beydullayeva qələbə qazanıb. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova heç-heçəylə kifayətlənib.
0
0