Yığmamız Olimpiadanı 8-ci pillədə bitirdi
22.09.2024 - 17:47
Yığmamız Olimpiadanı 8-ci pillədə bitirdi

Bu gün Budapeştdə keçirilən Ümumdünya Şahmat Olimpiadası başa çatır.

Apasport.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması son görüşünü keçirib.

Millimiz 11-ci turda Braziliya ilə qarşılaşıb. Görüş zəka sahiblərimizin qələbəsi ilə nəticələnib - 3:1.

Bununla da yığmamız turniri 8-ci pillədə başa vurub.

Ümumdünya Şahmat Olimpiadası
XI tur
Kişilər

Braziliya - Azərbaycan - 1:3
Louis Supi - Aydın Süleymanlı - 0,5:0,5
Alexander Fieir - Nicat Abasov - 0,5:0,5
Renato Kintiqliano - Rauf Məmmədov - 0:1
Dieqo Di Bernadio - Şəhriyar Məmmədyarov - 0:1

Turnir cədvəli: 1. Hindistan - 19 xal, 2. Çin - 17, 3. Sloveniya - 16, 12. Azərbaycan - 14.

writer photo
İsmayıl Xeyrullayev
0