Yığmamızdan növbəti qələbə
12.09.2024 - 23:15
Yığmamızdan növbəti qələbə

Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. 

Apasport.az xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət yığması Avstraliya ilə qarşılaşıb.

Təmsilçilərimiz 2 qələbə, 2 heç-heçə ilə rəqiblərindən üstün olub.

İki turdan sonra komandalarımız iki qələbə ilə 4 xalla liderlər qrupunda yer alıblar.

45-ci Şahmat Olimpiadası
II Tur, 12 sentyabr
Qadınlar
Avstraliya – Azərbaycan - 1:3
Yuliya Rıjanova – Günay Məmmədzadə - 0:1
Jilin Janq – Gövhər Beydullayeva - 0,5:0,5
Tu Nquen – Xanım Balacayeva - 0:1
Jiayan Şen – Gülnar Məmmədova - 0,5:0,5

Qeyd edək ki, kişilərdən ibarət millimiz ilk turda İordaniyaya 3,5:0,5 hesabı ilə qəlib gəlib. Qadınlardan ibarət yığmamız isə Nikaraquaya heç bir şans verməyib - 4:0.

writer photo
İsmayıl Xeyrullayev
0