
Ötən gün daha bir Azərbaycan klubu avrokuboklarda debüt edib.
Apasport.az saytının məlumatına görə, “Araz-Naxçıvan” tarixində ilk dəfə qitəmiqyaslı turnirin iştirakçısı olub.
Naxçıvan klubu Azərbaycanı Avropa arenalarında təmsil edən 22-ci komanda kimi tarixə düşüb.
Muxtar Respublika təmsilçisi Yunanıstan “Aris”ini sınağa çəkib. Komanda Felipe Santos və Patrik Andradenin qolları ilə avrokuboklarda ilk qələbəsini qazanıb.
“Qırmızı-ağlar”a qədər 21 Azərbaycan klubu UEFA turnirlərində iştirak edib: “Qarabağ”, “Neftçi”, “İnter”, “Qəbələ”, “Bakı”, “Xəzər Lənkəran”, “Sabah”, “Zirə”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Bakı fəhləsi”, “Şəmkir”, AZAL, “Sumqayıt”, “Xəzri”, “Səbail”, “Simurq”, “Turan”, “Şəfa”, “Viləş”.
“Araz-Naxçıvan” qələbə sevinci yaşayan 14-cü komanda olub. AZAL, “Sumqayıt”, “Xəzri”, “Səbail”, “Simurq”, “Turan”, “Şəfa” və “Viləş” avrokuboklarda uğur qazana bilməyib.