"Barselona" Kimmixdən imtina etdi
10.01.2024 - 19:23
"Barselona" "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmixdən imtina edib.
Apasport.az xəbər verir ki, kataloniyalılar onun transferi uğrunda mübarizədən çəkilib.
Almaniyalı futbolçu 2024-cü ilin yayında "Barselona"ya keçməyəcək. Coşuanın gələcəyi hələ ki, qeyri-müəyyəndir. Onun qarşısında iki variant var: ya "Bavariya" ilə müqaviləsini uzadacaq, ya da karyerasını PSJ-də davam etdirəcək.
Qeyd edək ki, daha əvvəl mətbuatda "Barselona"nın yeni yarımmüdafiəçi axtarışına çıxdığı ilə bağlı xəbərlər yayılıb.
- Aslan Kərimov: "Bu, “Neftçi” üçün "Qarabağ"a qarşı müəyyən üstünlük yarada bilər"
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- "Sabah"ın 111 yaşlı rəqibi: Bolqarıstan futbolunun xalq klubu
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
- Renat oynadı, komandası məğlub oldu
0
0