"Beşiktaş"ın forvardı "Hatayspor" yolunda
04.09.2024 - 23:30
"Beşiktaş"da heyət islahatları davam edir.
Apasport.az "Aspor"a istinadən xəbər verir ki, klub daha bir futbolçu ilə yollarını ayırmaq üzrədir.
Söhbət komandanın forvardı Vinsen Abubakardan gedir. Yeni baş məşqçi Ciovanni van Bronkhorstun forma şansı vermədiyi kamerunlu "qara qartal"ı tərk edir.
O, karyerasını Türkiyə Super Liqasının digər komandasında davam etdirəcək. Ulduz futbolçunun "Hatayspor"a transfer olması gözlənilir.
Qeyd edək ki, Ciro İmmobilenin "Beşiktaş"a keçidindən sonra Abubakar rəsmi matça çıxmayıb.
- Belarusun “Dinamo Minsk” komandası Konfrans Liqasının ev oyunlarını Sumqayıtda keçirəcək
- Vyanada Türkiyəyə şok - 6 qolluq darmadağın
- "Neftçi"də "təmizlik işləri" - Qriqorçuk biletləri kəsir
- Rövşən Nəcəf: "Millinin oyunundan və nəticədən razı deyilik"
- "Araz-Naxçıvan" autsayderə qarşı xal itirdi - YENİLƏNİB
0
0