"Çelsi"nin müdafiəçilərindən şad xəbər
03.01.2024 - 00:55
Benjamin Çiluell və Karni Çukvuemeka zədələrini sağaldıblar.
Apasport.az xəbər verir ki, müdafiəçilər "Çelsi"nin əsas qrupu ilə məşqlərə qayıdıblar. Bunu London klubunun mətbuat xidməti açıqlayıb.
Xatırladaq ki, Çiluell bud nahiyəsindən aldığı zədə səbəbindən sentyabrın sonundan yaşıl meydanlardan uzaq qalıb. Çukvuemeka isə avqustda dizindən xəsarət alıb.
Qeyd edək ki, "Çelsi" hazırda İngiltərə Premyer Liqasında 10-cu pillədədir. Maurisio Poçettinonun yetirmələri 20 turdan sonra 28 xal toplayıb.
- Oçe Oçoveçi: "Qarşımıza qoyulan hədəfə çatmağa çox yaxınıq"
- Azər Həşimov: "Heç kim deyə bilməz ki, "Karvan"ı asanlıqla məğlub edəcəyik"
- Tərlan Əhmədov: “Kəpəz”də çörəkpulu qazanan insanların bəziləri mənim arxamca danışır”
- Tomas Müller: Futbola Vida Edən "Bavariya" Əfsanəsi
- PSJ-nin sabiq qapıçısından yeni müqavilə
0
0