Foden 50-ci oyununda ilkə imza atdı
14.02.2024 - 00:38
Foden 50-ci oyununda ilkə imza atdı

Fil Foden Çempionlar Liqasında xüsusi uğura imza atıb.

Apasport.az xəbər verir ki, "Mançester Siti"nin oyunçusu turnirdə 50-ci oyununu keçirib.

O, bu həddə çatan ən gənc ingilis futbolçu adına yiyələnib. Foden 23 yaş 261 günlüyündə 1/8 final mərhələsinin "Kopenhagen"lə matçına start heyətinə başlayıb. 

Qeyd edək ki, Fil "Mançester Siti"nin yetirməsidir.

writer photo
İsmayıl Xeyrullayev
0