Fransa millisində ciddi itki
02.09.2024 - 22:46
Fransa millisində ciddi itki

Fransa millisinin düşərgəsində ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, "Real"ın futbolçusu Orelen Tçuameni yığmanın heyətindən çıxarılıb.

Buna səbəb yarımmüdafiəçinin zədələnməsidir. 24 yaşlı futbolçu Millətlər Liqasında İtaliya və Belçika ilə görüşlərini buraxacaq.

Qeyd edək ki, onun yerinə milliyə Matteo Quenduzi çağırılıb.

writer photo
İsmayıl Xeyrullayev
0