Türkiyə Super Liqasının VI turunun "Fənərbaxça" - "Qalatasaray" matçından (1:3) sonra meydan sahiblərinin çalışdırıcısı Joze Mourinyo yerli mətbuata açıqlama verib.
"Cavabım axmaqca görünəcək, amma rəqib bizdən daha çox qol vurduğu üçün qalib gəldi. Nə qədər epizod yaratdığımızın heç bir önəmi yoxdur. Tək önəmli olan bu gün onların 3, bizimsə 1 qol vurmağımızdır.
Oyuna sürətli başladıq. Matçı dominant şəkildə keçirdik. Hesab 3:1 olduqdan sonra hər şeyi riskə atdıq. Amma heç birinin önəmi yoxdur. Sadəcə penaltidən fərqlənməyi bacardıq.
Amrabat ikinci hissəni çox yaxşı keçirdi. Hibrid müdafiəçi olaraq əla oynadı. İrfan və En-Nesiri də əllərindən gələni etdilər. Matça sonradan daxil olanların günahlandırılmasını qəbul etmirəm.
"Qalatasaray"ın bizdən çox daha yaxşı, üstün oynadığını düşünmürəm. Sadəcə daha dəqiq oynadılar".
- “Şkendiya”nın futbolçusu: “Zirə”yə keçmək imkanım var idi, gəlmədim”
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- ÇL: "Qarabağ"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
- Cüdoçularımızdan Avropa Kubokunun ilk günündə 12 medal
- Arif Əsədov: “Məşqlərdə bunun üzərində işləyirdik”