Keyndən daha bir rekord
11.09.2024 - 19:47
Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, o, buna Millətlər Liqasında Finlandiya ilə oyunda dubl edərək nail olub.
Hücumçu “Uembli”də keçirdiyi 35-ci oyununda 27-ci qolunu vuraraq bu uğura imza atıb. Öz yeni rekordunu Keyn artıq gələn ay yeniləyə bilər. Oktyabrın 10-da İngiltərə yığması evdə yunanları qəbul edəcək.
Qeyd edək ki, millidə 100-cü oyununa çıxan forvard indiyə qədər komandasının 85 qolunda iştirak edib. O, 68 qol vurub və 17 məhsuldar ötürmə edib.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
- "Fənərbaxça"dan darmadağın, Şahruddinli "Demirspor"dan növbəti xal itkisi - VİDEO
- “Qarabağ” axtardığı hücumçunu tapdı: RƏSMİ TƏKLİF DƏ EDİLDİ
- Şeydayev əsas komandaya qayıda bilər - YEGANƏ ŞANS
- Valdas Dambrauskas: DOMİNANT VƏ İSTƏKLİ TƏRƏF BİZ İDİK
0
0