Menyanın durumuna aydınlıq gəldi
18.09.2024 - 19:41
Menyanın durumuna aydınlıq gəldi

"Milan"ın qapıçısı Mayk Menyanın durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, ciddi zədədən qurtulub.

Qolkiper Çempionlar Liqasının I turunun "Liverpul"la oyununda xəsarət alıb. Fransalı 51-ci dəqiqədə Lorenzo Torryani ilə əvəzlənib.

Buna baxmayaraq Menyan dizindən yüngül zədə alaraq ciddi travmadan xilas olub. O, yaxın müddətdə yenidən yaşıl meydanlara qayıda biləcək.

Qeyd olunur ki, Mayk A Seriyasının 5-ci turunun "İnter"lə oyununu buraxacaq.

writer photo
İsmayıl Xeyrullayev
0