Roys "Borussiya"nı tərk edir
03.02.2024 - 00:22
"Borussiya"da ayrılıq baş verəcək.
Apasport.az xəbər verir ki, klubun əfsanəsinə çevrilən Marko Roys komandanı tərk edəcək.
Dortmundlular 34 yaşlı yarımmüdafiəçi ilə müqavilənin yenilənməsini məqsədəuyğun hesab etmir. Almaniya təmsilçisinin rəhbərliyi onun daha gənc oyunçu ilə əvəzlənməsini planlaşdırır.
Qeyd edək ki, Roys 2012-ci ildən "Borussiya"nın şərəfini qoruyur. O, bu müddətdə 411 matçda 167 qol vurub.
0
0