
"Millidəki futbolçular özlərinə inanmırlar".
Bu sözləri apasport.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü Aleksandr Çertoqanov deyib.
Yığmanın sabiq üzvü milli komandanın uğursuz çıxış etməsindən bəhs edib:
"Milli komandada nəyə görə alınmır, heç bilmirəm, başa düşmürəm. Təbii ki, daimi olaraq uğursuz nəticələrin qeydə alınması yaxşı deyil. Görünən odur ki, komandada nəyisə dəyişmək lazımdır. Yəqin ki, millidəki futbolçular özlərinə inanmırlar".
Çertoqanov millinin Latviya ilə oyununu da şərh edib:
"Latviya heç də zəif milli deyil. Onlar hər zaman yaxşı, bərk kollektiv olublar. İndi də belədir. Azərbaycan və Latviya eyni gücdə komandalardır".
Veteran futbolçu millinin DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşı matçın ağır keçəcəyini bildirib:
"Hər şey bir-birinə bağlıdır və sanki komandada əsas problemlərdən biri də psixoloji durumdur. Futbolda inamsızlıq ən yaxşı olmayan məsələdir. Komandaya dəstək olmaq lazımdır ki, uğurlu nəticələr qazana bilsinlər".
Qeyd edək ki, Fransa-Azərbaycan görüşü oktyabrın 10-da, cavab qarşılaşması isə noyabrın 16-da baş tutacaq.