Kadi 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq
06.11.2025 - 14:52
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" klubu ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi matçdan sonra müayinədən keçib. Nəticələrə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesabı ilə yekunlaşıb.
- Bəhlul Mustafazadə: "Titullarımızın sayını artırmaq istəyirik"
- Azərbaycan Kuboku: Final oyununda son iki mövsümün rekordu qeydə alınıb
- Afrika Millətlər Kuboku: Nigeriya bürünc mükafata sahib çıxıb
- Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb
- Dursun Özbek: "Qalatasaray"la Çempionlar Liqasını qazanmaq istəyirəm"
0
0