Azərbaycan - İngiltərə matçında azarkeş rekordu qeydə alınıb
30.05.2025 - 13:54
Minifutbol üzrə dünya çempionatının 1/4 final mərhələsində keçirilən Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib.
Apasport.az xəbər verir ki, bu barədə Minifutbol Federasiyası məlumat yayıb.
Bu, minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir.
Qeyd edək ki, bundan əvvəl ən çox azarkeş sayı Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçı olan Slovakiya - Belçika görüşündə olub - 6513.
- Branimir Subaşiç: "Fernandu Santuş işinin öhdəsindən gələ bilmir" - Müsahibə
- Sanço "Çelsi" azarkeşləri ilə vidalaşıb
- Azərbaycan millisinin baş məşqçisi: "Haiti heç də zəif rəqib deyil"
- Son 5 ildə ilk dəfə ÇL-in finalında İspaniya və İngiltərə klubları iştirak etməyəcək
- "Barselona" Şesnı ilə müqavilə yeniləyəcək
0
0