Azərbaycanın uşaq və yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar.
Apasport.az xəbər verir ki, Mələk Təhməzli və Muxtar Bədəlov 11, Omar Mehdi və Dəniz Əhmədli 13, Fərəc Kərimli isə 15 yaşadək badmintonçuların mübarizəsində müxtəlif kateqoriyalar üzrə medalçılar sırasında yer alıblar.
Təmsilçilərimizin turnirdəki ümumi qazancı 7 qızıl, 3 gümüş və 1 bürünc medal olub.
Qeyd edək ki, badmintonçularımız ənənəvi olaraq Batumidə keçirilən "Youth International" turnirində ötən il 5-i, 5-i gümüş və 6-ı bürünc olmaqla 16 medal
qazanıblar.
- Ceyhun Sultanov: "Hələlik bu, "Qarabağ" üçün uğurlu yoldur"
- Rafinya 4 göstərici üzrə Çempionlar Liqasının ən yaxşısıdır
- Azərbaycanda keçiriləcək dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
- FİFA 2026 Dünya Kubokunda yeni qayda tətbiq edəcək - 3 dəqiqə...
- Çempionlar Liqası: Qonaqlardan darmadağın