"Qarabağ"ı ağır oyun gözləyir".
Bunu apasport.az-a açıqlamasında veteran futbolçu Ceyhun Sultanov deyib.
Təcrübəli mütəxəssis Ağdam klubunun istənilən komandadan xal ala biləcək potensialda olduğunu bildirib:
"Rəqib "Napoli"dir. Komanda hazırda top-5 çempionatda çıxış edir. Buna baxmayaraq, "Qarabağ" istənilən rəqibdən xal ala bilər, qalib də gələ bilər. "Qarabağ"ın oyun üslubu bunu deməyə əsas verir. "Qarabağ"ın özünəməxsus oyun üslubu var. Məncə, təmsilçimiz qol imkanlarından maksimum istifadə edə bilsə və müdafiədə səhvə yol verməsə, Neapoldan yaxşı nəticə ilə dönə bilər. İnanıram ki, "Qarabağ" bu dəfə də hamımızı sevindirəcək".
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin V turunda bu gün “Napoli”nin qonağı olacaq. Neapolda baş tutacaq görüşə saat 00:00-da start veriləcək.
- Cüdoçularımız Tbilisi Böyük Dəbilqə turnirində iştirak edəcəklər
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
- Şakir Qəribov: “Neftçi" futbolumuzun keçmişidir, bu günüdür, gələcəyidir!” - VİDEO
- "Neftçi"nin sabiq futbolçusu: "Emin və Mahir olduqca keyfiyyətli futbolçulardır"
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi