"Mən həmişə qızıl medalı qazanacağıma inanmışam. Ola bilər ki, bəzi yarışlarda uduzum. Bu, olan şeydir".
Bunu apasport.az-ın Ər-Riyada ezam olunmuş əməkdaşına verdiyi açıqlamada İslamiadada cüdo üzrə qızıl medal qazanan Hidayət Heydərov deyib.
İslam Oyunlarının ikiqat qalibi qələbəsini Zəfər Gününə həsr edib:
"Bu gün çox gözəl bir gündür. Zəfər Günüdür. Təbii ki, mən qızıl medalı qazanmaq üçün döşək üzərinə çıxmışdım. Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm. Gözəl hisslərdir. Həm bayramdır, həm də turnirdə ölkəmizə ilk qızılı qazandırdım. İkiqat bayram oldu".
O, rəqibləri barədə bunları söyləyib:
"Hər rəqibə qarşı hazır çıxıram. Birinci və ikinci rəqiblərim zəif idmançılar olsa da, hər qarşılaşmaya final görüşü kimi yanaşıram".
Qeyd edək ki, Hidayət finalda Özbəkistan təmsilçisi Şaxram Əhədovu məğlub edərək qızıl medal qazanıb.
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- "Golden Boy" namizədləri açıqlanıb: Siyahıya 5 türk oyunçu daxil edilib
- Banuçiçək Nəsirli yarımfinalda!
- Şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB