"Nyukasl Yunayted"in futbolçusu Baran Yıldız İngiltərə klubundan ayrılmaq istəmədiyini bildirib.
Apasport.az xəbər verir ki, qışda İngiltərə klubuna qoşulan 18 yaşlı futbolçunun yayda icarəyə göndəriləcəyi gözlənilir.
Yıldız isə mətbuata açıqlamasında Türkiyəyə qayıtmaq istəmədiyini bildirib:
"Türkiyəyə qayıtmaq fikrində deyiləm. Başqa ölkədən təklif alsam belə, ayrılmaq istəmirəm. Bu, dünyanın ən yaxşı liqasıdır, burada qalmaq istəyirəm. Bruno Fernandes və Martin Odeqardla oynamaq istəyirəm. Onların hər ikisi yüksək səviyyəli oyunçulardır, onlarla tanış olmaq istəyirəm".
Daha əvvəl Türkiyənin "Gənclərbirliyi" klubunda forma geyinən futbolçu "Nyukasl"ın gənclərdən ibarət komandasında (U18) 4 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
- Albaniyadan Zamiq Əliyev və Yusif İmanov barədə açıqlama
- Yılmaz Vural bu klubdan da ayrıldı
- ÇL: "Araz-Naxçıvan"ın 1/8 finalın püşkatmasından öncə yer aldığı səbət müəyyənləşib
- “Şamaxı”nın qapıçısı: "Bundan bəhanə kimi istifadə edə bilmərik"
- Bakıda keçiriləcək dünya çempionatının medalları təqdim edilib – FOTO