"Bəzi oyunçular var ki, milliyə dəvət etmək istəyirdim, amma zədəli olduqları üçün alınmadı".
Apasport.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisnin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında bildirib.
Portuqaliyalı mütəxəssis 5 futbolçunu zədə səbəbi ilə milliyə dəvət etmədiyini söyləyib:
"Bunlar Coşqun Diniyev, Anton Krivotsyuk, Mustafa Əhmədzadə, Amin Seydiyev, Aleksey İsayevdir. Bundan əvvəlki toplanışda Ramillə Özancan Kökçü də dəvət edilmişdi. Son oyunlara baxanda, klublarında mütəmadi oynamırlar. Ona görə də, dəvət edilməyiblər. Oynamayan oyunçu toplanışa dəvət almayacaq. Gələcəkdə onlar mütəmadi oynasalar, yenə də millinin qapısı onlara açıqdır".
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə üz-üzə gələcək.
- NBA: Basketbolçular arasında dava düşüb - VİDEO
- Gimnastlarımız İspaniyada keçirilən beynəlxalq turnirdə çıxış ediblər
- Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açılıb
- "Neymarın gəlişindən sonra "Santos"un azarkeşləri çoxalıb" - Klub prezidenti
- "Araz-Naxçıvan" Tərlan Əhmədlinin müqavilə müddətini uzadıb