Almaniyanın "Hamburq" klubuna transfer olunan qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevə ölkəni layiqincə təmsil edəcəyinə və böyük uğurlara imza atacağına inanır.
Apasport.az xəbər verir ki, bu barədə 23 yaşlı müdafiəçinin özü AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.
O, gələcək hədəflərindən söz açıb:
"Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacağam. "Hamburq" tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam. Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəyəm və gözəl uğurlara imza atacağam".
Qeyd edək ki, Nigar Mirzəliyeva son olaraq Rusiyanın "Zenit" komandasında çıxış edib. O, ötən gün "Hamburq"la 2,5 illik müqavilə imzalayıb.
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- Astana Böyük Dəbilqə turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib
- Millimiz Belarusa yollanıb
- Branimir Subaşiç: "Fernandu Santuş işinin öhdəsindən gələ bilmir" - Müsahibə
- “Mançester Yunayted” Ruben Neveş üçün 23 milyon avro təklif edib