"Real" iki futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib
17.11.2025 - 11:55
"Real" iki futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib

"Real Madrid" iki müdafiəçisi ilə yollarını ayırmağı planlaşdırır.

Apasport.az "AS" nəşrinə istinadla xəbər verir ki, klub Antonio Rüdiger və David Alaba ilə yollarını ayıracaq.

“Real” futbolçuların tez-tez zədələnməsindən narazıdır.

Qeyd edək ki, Rüdiger və Alabanın "kral" klubu ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. David 2021-ci ildən, Antonio isə 2022-ci ildən "Real"da oynayır.