UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 4-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Saat 18:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.
- “Sabah” ölkə kubokunu qazanan 10-cu komanda olub
- “Fənərbaxça” “Eyüpspor”u səfərdə 3 cavabsız qolla məğlub etdi
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
- "Fənərbaxça" "Qalatasaray"–"Samsunspor" oyunundan sonra sərt bəyanat yayıb
- Okan Buruk: "Yorğunluğumuz bizi geri çəkilməyə məcbur etdi"