"Futbolu bilməyən insanlar “Qarabağ”dan nə istəyir?"
Bunu apasport.az-a açıqlamasında sabiq futbolçu Mahir Şükürov deyib.
Şükürov "Qarabağ"ın "Ayaks"la oyununu bu cür dəyərləndirib:
"Uduzmağımıza baxmayaraq, kim nə deyirsə desin, mən Qurban Qurbanovu dəstəkləyirəm. Oyun bitəndən baxıram hamı onun üstünə düşüb. Bir az analiz etsinlər: kimə qarşı oynadıq? “Ayaks” köklü klubdur, akademiya baxımından öndə gedən komandadır və heyətində milyonluq futbolçular var. "Qarabağ" düzgün yoldadır, Qurbanov belə də davam etməlidir. Çox sağ olsun ki, o, bu millətdə futbola maraq yaradıb. Qurban müəllimin komandası olmasaydı, bu gün Azərbaycanda heç kim futboldan danışmazdı. Qurbanov təkdir. Hamı pusquda gözləyir ki, "Qarabağ" uduzsun, danışsınlar. Gələcək oyunlarda komandaya uğurlar arzulayıram. Belə də davam etsin, onu dəstəkləyirəm".
Qeyd edək ki, Çempionlar Liqasının VI turunda "Qarabağ" evdə "Ayaks"ı qəbul edib. Ağdam klubu 2:1 hesabı ilə öndə olduğu matçın son 15 dəqiqəsində 3 qol buraxaraq 2:4 məğlub olub.