"Fənərbaxça" - "Beşiktaş" derbisi üçün azarkeş qərarı
16.06.2025 - 13:18
Türkiyə Basketbol Super Liqasının pley-off final seriyasında "Fənərbaxça Beko" və "Beşiktaş Fibabanka" üz-üzə gələcək.
Apasport.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, liqa idarə heyətinin mövsüm ərzində səfər oyunlarına qoyduğu qadağa qərarı play-off final seriyasında da davam edəcək.
Belə ki, keçiriləcək matçlarda səfər tribunası olmayacaq.
Tərəflər arasında ilk oyun iyunun 17-si, saat 21:30-da baş tutacaq.
Qeyd edək ki, 4 qələbə qazanan komanda çempion olacaq.
- İmaməddin Xəlilov Prezident Kubokunda gümüş medal qazanıb
- İngilis mütəxəssis “Vest Hem”i pulsuz çalışdırmağa hazırdır
- Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
- Millimiz reytinq turnirinə Batumidə hazırlaşır
- Nigeriya yığması üçün qorxulu an: Ndidi və Osimhenin olduğu təyyarə təcili eniş etdi
0
0