UEFA-dan Kamal Umudluya növbəti təyinat
16.11.2025 - 15:15
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, Umudlu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
- Naxçıvan Basketbol Federasiyası fəaliyyətini dayandırıb
- “Qalatasaray”lı futbolçular Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik ediblər - VİDEO
- "Liverpul" yeni müdafiəçi üçün 47 milyon avro ödəyəcək
- İslamiada: İslam Bazarqanov finalda!
- Denzel Dumfrisin "Liverpul" derbisindən əvvəl geri dönəcəyi gözlənilir
0
0