Afrika Millətlər Kuboku: Nigeriya bürünc mükafata sahib çıxıb
17.01.2026 - 22:32
Afrika Millətlər Kuboku: Nigeriya bürünc mükafata sahib çıxıb

Afrika Kubokunun 3-cü yer uğrunda matçında Misir və Nigeriya yığmaları üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, əsas və əlavə vaxtda qapılara qol vurulmayıb – 0:0.

Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq oynayan Nigeriya yığması 4:2 hesabı ilə qalib gələrək turniri üçüncü pillədə başa vurub.

Beləliklə, Misir millisi Afrika Kubokunu medalsız tərk edib, Nigeriya isə bürünc mükafata sahib çıxıb.