Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatına start verilib.
Apasport.az xəbər verir ki, mundailın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
50 kq-da mübarizə aparan Marjona Savriyeva debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb. Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davamına icazə verməyiblər. İlk raundu xeyrinə bitirən Savriyeva mərhələ adlayıb. O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.
Qeyd edək ki, mundialın ikinci günündə millimizin 2 boksçusu gücünü yoxlayacaq.
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Everest qalmaqalı: Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?
- PSJ-dən tarixi nəticə: bir ildə 49-cu qələbə
- "Şamaxı" "Sabah"ı məğlub etdi - YENİLƏNİB
- Nigeriyada futbol faciəsi: Futbolçu matç zamanı bıçaqlanıb