Alperen Şengün üçün sərt xəbərdarlıq: NBA-dan uzaqlaşdırıla bilər
18.12.2025 - 12:56
Türkiyə millisinin və "Huston Rokets"in basketbolçusu Alperen Şengün NBA tərəfindən ağır sanksiya ilə üzləşə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Şengün yenidən motosiklet sürəcəyi təqdirdə NBA-dan kənarlaşdırıla bilər.
Liqa qaydalarına əsasən, oyunçuların sağlamlığını riskə atan fəaliyyətlər qadağandır və qaydanın pozulması diskvalifikasiya ilə nəticələnə bilər.
NBA klubları ulduz oyunçuların zədələnmə riskini minimuma endirmək məqsədilə bu cür qaydalara ciddi nəzarət edir.
- Şakir Qəribov: “Neftçi" futbolumuzun keçmişidir, bu günüdür, gələcəyidir!” - VİDEO
- Noyer 2025-ci ildə “Bavariya”ya kömək edə bilməyəcək
- La Liqada ən çox qazananlar: “Real Madrid” liderdir
- “Feyenord” tribunalarında "istefa" səsləri: Van Persinin taleyi sual altındadır
- "Turan Tovuz"un İdarə Heyətinin sədri Bernd Ştange ilə görüşüb
0
0