5 cüdoçumuz Gürcüstanda tatamiyə çıxacaq
22.03.2025 - 11:29

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 3 çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxacaq.
Apasport.az xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.
Kişilər arasında -73 kq çəki dərəcəsində Qədir Hüseynov və Rüfət Şövlətov, -81 kq çəkidə Məhərrəm İmamverdiyev medallar uğrunda mübarizə aparacaq.
Qadınların yarışında isə -70 kq çəkidə Günel Həsənli və Südabə Ağayeva qüvvəsini sınayacaq.
- 10-cu dəfə "Qarabağ"ın futbolçusu bombardir olub
- Trent Buhagiar: "Misli Premyer Liqası İtaliya B seriyasından heç də geri qalmır"
- Birinci Liqa: "Qəbələ" və "Karvan"dan qələbə, "Mingəçevir"dən heç-heçə - YENİLƏNİB
- Rüdiger 2 ay yaşıl meydanlardan uzaq qalacaq
- "Fənərbaxça" Şkrinyarla danışıqları davam etdirir
0
0