Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb.
Apasport.az xəbər verir ki, 2 gün davam edəcək turnirə 29 klub və idman cəmiyyətindən 14 çəki dərəcəsində 161 cüdoçu qatılıb. İlk yarış günündə 6 çəkidə mükafatçılar müəyyənləşib.
Turnirin keçirilməsində məqsəd kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
İlk günün medalçılarını təqdim edirik:
Kişilər
-60 kq
1. Bahadır Feyzullayev (Neftçi İK)
2. Murad Əliyev (Ordu İdman Klubu)
3. Məhərrəm Mirzəyev (Neftçi İK)
3. Nicat Məmmədli (Alov İK)
-66 kq
1. Zahir Ağazadə (Safarov Judo Academy)
2. Məhəmməd Əliyev (Azəri-Cüdo İKİB)
3. Kənan Məmmədov (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
3. Samir Piriyev (Azəri-Cüdo İKİB)
-73 kq
1. Elton İmranov (FHN İSK)
2. Musaxan Gülməmmədov (Judo Club 2012)
3. Samir Əzimli (Atilla İK)
3. Amin Cəfərzadə (ACF Bakı CTM)
Qadınlar
-70 kq
1. Mələk Bayramlı (DİN İC)
2. Aynur Mirzağayeva (Neftçi İK)
-78 kq
1. Əsmər Əliyeva (Neftçi İK)
2. Jalə Məmmədova (Neftçi İK)
+78 kq
1. Zeynəbxanım Əsədova (AHİTA)
- "Bavariya" ardıcıl 17-ci dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib
- Vernidub: "Məni məyus edən yeganə məqam.." - VİDEO
- Azərbaycanlı hakim FIDE-nin elit siyahısında
- İslam Oyunları: İdmançılarımız 2 növdə qızıl üçün yarışacaqlar
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu