
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kuboku başa çatıb.
Apasport.az xəbər verir ki, yarışın sonuncu günündə milli komandamızın 3 üzvü fəxri kürsüyə yüksəlib.
48 kq çəki dərəcəsində Könül Əliyeva bütün görüşlərdə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz finalda polşalı Natalya Stoklosanı məğlub edib. Bu çəkidə digər təmsilçimiz Leyla Əliyeva isə bürünc medala sahib çıxıb.
52 kq çəkidə tatamiyə çıxan Gültac Məmmədəliyeva da keçirdiyi üç görüşdən qalib ayrılaraq qızıl medala layiq görülüb. O, finalda Buketnur Karabulutu (Türkiyə) üstələyib.
Yarışın ilk günündə isə Günel Həsənli (70 kq) bürünc medalla yadda qalmışdı.
Beləliklə, Azərbaycan yığması ümumilikdə 2 qızıl və 2 bürünc medal qazanaraq 30 ölkə arasında qadınların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 5-ci yeri tutub.
- "Fənərbaxça"dan açıqlama: "Mourinyonun sözləri bilərəkdən təhrif edilib"
- "Məktəblərdə Futbol Dərsi" layihəsi davam edir
- "Baku Open-2025” Beynəlxalq Şahmat Festivalına yekun vurulub
- Rafinya 4 göstərici üzrə Çempionlar Liqasının ən yaxşısıdır
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO