"Atletiko" müdafiəçisini sata bilər
09.05.2025 - 10:48
La Liqa təmsilçilərindən "Atletiko Madrid"də çıxış edən argentinalı müdafiəçi Nahuel Molina yay transfer pəncərəsində komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
27 yaşlı futbolçu əvvəllər çıxış etdiyi İtaliya çempionatına qayıda bilər. Molinanın transferi ilə Turin "Yuventus"u maraqlanır.
Müdafiəçinin bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir. Argentinalının müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.
Nahuel bu mövsüm La Liqada 26 oyun keçirib və 3 məhsuldar ötürmə edib.
- Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nakaut edib
- Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib
- "Fənərbaxça" və "Qalatasaray"ın avrokubok matçı bu kanallarda
- "Trabzonspor"dan Birləşmiş Ərəb Əmirliklərinə
- "Çelsi" 65 milyon avroluq cinah oyunçusu ilə bağlı danışıqlar aparır
0
0