
Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Çexiyanın Nimburk şəhərində təşkil olunan Olimpiya Təlim Düşərgəsində iştirak edirlər.
Apasport.az xəbər verir ki, hazırlıq prosesinə yığmanın 19 üzvü (9 kişi, 10 qadın) cəlb olunub.
Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdullatif rəhbərlik edir.
Təlim-məşq toplanışı martın 21-dən 23-dək Gürcüstanda keçiriləcək "Böyük Dəbilqə" turnirinə, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, Olimpiya Təlim Düşərgəsi martın 17-də başa çatacaq.
- Elmira Aslanova: "Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi" - Müsahibə
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək
- Abbas Hüseynov: "Romao və Juninyo üçün darıxıram" - Müsahibə
- "Karvan"da ayrılıq - Rəsmi