Rafael Fiziyev qayıdır – rəqibi bəlli olub
08.12.2025 - 09:09
Rafael Fiziyev qayıdır – rəqibi bəlli olub

“UFC”nin yüngül çəki dərəcəsində çıxış edən azərbaycanlı döyüşçü Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Fiziyev “UFC 325” turniri çərçivəsində braziliyalı Maurisio Ruffi ilə qarşılaşacaq.

Hazırda reytinq cədvəlində 9-cu yerdə qərarlaşan Rafael Fiziyev üçün bu döyüş uzun fasilədən sonra oktaqona dönüş anlamı daşıyır.

Qeyd edək ki, qarşılaşma yanvarın 31-də keçiriləcək.