
UFC-nin super yüngül çəki dərəcəsində çempionu, gürcü döyüşçü Merab Dvalişvili və keçmiş yarımorta çəki çempionu, amerikalı döyüşçü Belal Muhammad UFC-nin Bakı turnirinin ulduz qonaqları olacaqlar.
Apasport.az xəbər verir ki, turnir 21 iyun tarixində Baku Crystal Hall-da baş tutacaq.
Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.
Turnir çərçivəsində həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.
- Müller Kroosun uğurunu təkrarlayıb
- "Bavariya" və "Yuventus" ingilis futbolçu uğrunda mübarizəyə qoşulub
- Ali Koç "Qalatasaray"ın Osimheni almasına razılıq verib
- “Turan Tovuz”dan böyük üstünlük, Azərbaycan derbilərinin fərqi
- "Real Madrid" daha bir futbolçu ilə müqavilə imzalayacaq - yayın son transferi