"Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb
12.05.2025 - 12:56
Hüquqları London "Arsenal"ına məxsus olan polşalı müdafiəçi Yakub Kivior İngiltərəni İtaliyaya dəyişə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçu ilə A Seriyasının iki top klubu maraqlanır. Söhbət “Yuventus” və “İnter”dən gedir.
Daha əvvəl mətbuatda Fransanın "Marsel" klubunun da Kiviorla maraqlandığı da bildirilmişdi.
"Transfermarkt" müdafiəçinin bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm Yakub 27 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
- PSJ ulduz futbolçusu ilə 5 illik müqavilə imzalayacaq
- Müstəqillik Gününə həsr olunmuş karate seminarı keçirilib
- "Atalanta"nın qolkiperi Madrid klubunda qalacaq - Rəsmi
- "Napoli" "Milan"ın yarımmüdafiəçisini heyətinə qatacaq
- Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub - FOTO
0
0