"Atletiko" "Bayer"in müdafiəçisini transfer edəcək
14.06.2025 - 08:53
"Bayer"in mərkəz müdafiəçisi Pyero İnkapi "Atletiko Madrid"ə keçə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 23 yaşlı futbolçu La Liqa klubuna qoşulmaq qərarına gəlib.
Tərəflər ekvadorlu futbolçunun transfer detallarını hələki razılaşdıra bilməyiblər.
İnkapi 2021-ci ildən “Bayer”də çıxış edir. Ötən mövsüm mərkəz müdafiəçisi “əczaçılar”ın heyətində bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Transfermarkt" futbolçunun transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
- "Səbail" - "Qarabağ" matçında 4 penalti, 3 qol - YENİLƏNİB
- Ruben Amorim “Benfika”nın baş məşqçi postuna namizəddir
- "Qarabağ" Azərbaycan çempionatlarında 350-ci "quru" hesablı qələbəsini qazanıb
- Bernd Ştange Peşəkar Futbol Liqasının qonağı oldu
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
0
0