“Roma” klubu “Mançester Siti”nin hücumçusu Omar Marmuşu transfer siyahısına daxil edib.
Apasport.az "Teamtalk"a istinadla xəbər verir ki, paytaxt təmsilçisi misirli futbolçunun çıxışını yaxından izləyir və qış transfer pəncərəsində onunla bağlı addım ata bilər.
Mənbənin məlumatına əsasən, “Roma” bu transfer uğrunda İngiltərənin “Tottenhem” klubu ilə rəqabət aparmalı olacaq. Daha əvvəl “Tottenhem”in Omar Marmuşu yanvar ayında icarə əsasında heyətinə qatmaq niyyətində olduğu bildirilmişdi.
Bu mövsüm 26 yaşlı hücumçu bütün turnirlərdə 15 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Mərc oyunlarına görə saxlanıldı, klubu sözləşməsini ləğv etdi
- Şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
- Gimnastlarımız İspaniyada keçirilən beynəlxalq turnirdə çıxış ediblər
- “Bavariya” "Leyptsiq"i darmadağın etdi – 5:1
- Turin derbisində qalib müəyyənləşmədi, "Milan"dan xal itkisi