
"Milan" mərkəz müdafiəçisi Ronald Arauxonun əvəzində "Barselona"ya öz oyunçusunu təklif edə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Barselona"nın da transfer siyahısında olan Rafael Leao yay transfer pəncərəsində "Milan"dan ayrılmaq istəyir.
“Rossonerilər” Arauxonun əvəzində portuqaliyalını “blauqranaya” təklif etməyi düşünür.
Uruqvaylının Kataloniya klubundakı gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Arauxo yanvarda müqaviləsini 2031-ci ilə qədər uzatsa da, hələ ki, əsas heyətdə daimi yerini bərpa edə bilməyib.
"Transfermarkt" Leaonun dəyərini 70 milyon, Arauxonu isə 35 milyon avro olaraq qiymətləndirir.
- "Mançester Yunayted" Bundesliqa ulduzu uğrunda mübarizədə liderdir
- "Beşiktaş" kapitanı ilə müqavilə yeniləyib
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsinin qalibləri bəlli olub
- "Neftçi"nin keçmiş baş məşqçisi Super Liqa klublarının radarına düşüb
- Musa Qurbanlı: "Hələ 23 yaşım var, karyeram qarşıdadır"