"Beşiktaş" heyətini gücləndirmək məqsədilə transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul klubu "Vulverhempton" forması geyinən Emmanuel Aqbadou üçün rəsmi təklif irəli sürüb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Məlumata görə, “ağ-qaralar” 26 yaşlı müdafiəçinin transferi üçün İngiltərə klubuna 14 milyon avroluq rəsmi təklif göndərib. Klub rəhbərliyi danışıqlarda müsbət cavab alacağı təqdirdə transferi qısa müddətdə yekunlaşdırmağı planlaşdırır.
Qeyd edək ki, Emmanuel Aqbadou hazırda “Vulverhempton”un əsas heyət oyunçularından biri hesab olunur və onunla digər Avropa klublarının da maraqlandığı bildirilir.
- Arda Turanın komandası Avropa Liqasının ev oyunlarını Sloveniyada keçirəcək
- “Ayntraxt” səfərdə, “Roma” evdə qələbə qazandı - YENİLƏNİB
- “Beşiktaş” Tammy Abraham transferində “Aston Villa” ilə razılığa yaxındır
- Azərbaycan Karate Federasiyası 34 il sonra Xankəndi şəhərində
- İslam Oyunları: Azərbaycanlı atlet gümüş medal qazanıb