Vlahoviç La Liqa nəhənginə keçmək niyyətindədir
07.10.2025 - 17:17
Hazırda "Yuventus"da çıxış edən serbiyalı forvard Duşan Vlahoviç "Bavariya"ya keçmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Münhen klubunun nümayəndələri artıq mümkün transferlə bağlı ilkin danışıqlar aparıblar.
25 yaşlı futbolçunun "qoca sinyora" ilə hazırkı müqaviləsi bu yay başa çatacaq. Bu mövsüm Vlahoviç 8 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bazar dəyəri 35 milyon avro olan futbolçu ilə daha əvvəl "Atletiko Madrid"in də maraqlandığı bildirilirdi.
- Region Liqasında yeni mövsümün keçiriləcəyi tarix açıqlanıb
- Mbappe yarımfinal matçını buraxacaq
- "Fənərbaxça" matçı üçün azarkeşlərə müraciət etdilər - "Reyncers"dən nümunəvi addım
- Türkiyə Super Liqasında şok ayrılıq: Prezident istefa verib
- Azərbaycanla oyunda zədələndi, millinin heyətindən çıxarıldı
0
0