“Beşiktaş” rəhbərliyi qış transfer pəncərəsində heyəti gücləndirmək istiqamətində işlərini davam etdirir.
Apasport.az xəbər verir ki, xüsusilə sol cinah mövqeyi klub üçün prioritetə çevrilib.
Mövcud heyətdə yer alan Rıdvan Yılmaz və David Yuraşekin gözlənilən performansı sərgiləməməsindən sonra baş məşqçi Sergen Yalçın bu mövqeyə yeni transferin alınmasını istəyib.
Artıq baş koordinator Serkan Reçberin rəhbərlik etdiyi skautinq qrupu bir müddətdir potensial namizədləri izləyir. Siyahının ilk sırasında isə “Monako”nun sol cinah müdafiəçisi Kayu Enrike yer alır.
Qeyd edək ki, 28 yaşlı braziliyalı futbolçunun Fransa klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- 52 ildən sonra tarixi qələbə: Stadionu işğal edilən ölkə Dünya Çempionatında
- "Qalatasaray"ın forvardı milli karyerasını bitirir
- "Fənərbaxça" "Fatih Karagümrük"lə bərabərə qalıb
- 6 ildən sonra "Fənərbaxça"ya dönür: "Sarı-lacivərdlilər" daha bir transferi tamamlayıb