“Boka Xuniors”un baş məşqçisi vəfat edib
09.10.2025 - 09:51
Argentina təmsilçilərindən "Boka Xuniors"un baş məşqçisi Migel Anxel Russo vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
69 yaşında dünyasını dəyişən argentinalı yay mövsümündən “Boka Xuniors”u çalışdırmağa başlamışdı. O, bu həftə səhhətində yaranan problemlər səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, təcrübəli mütəxəssis daha əvvəl iki dəfə - 2007-ci ildə və 2020/2021 mövsümündə Buenos-Ayres təmsilçisini çalışdırıb.
- Əsas heyət problemi Palhinyanı “Bavariya”dan uzaqlaşdırır – Sabiq klubu onu geri istəyir
- "Çelsi" Liqa 1-in forvardını transfer etməyi planlaşdırır
- FIFA-nın dəstəyi ilə Bakıda kütləvi futbol festivalı keçirilib
- “Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib
- Konseysao rəsmən “Əl-İttihad”da
0
0